azturkxeber.az
http://azturkxeber.az

UNEC-in “Huawei” ilə əməkdaşlıq imkanları müzakirə edilib

30-09-2025

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov Çin Xalq Respublikasında səfərdədir.

UNEC-dən bildirilib ki, səfər çərçivəsində professor Ədalət Muradov azərbaycanlı həmkarları ilə birlikdə dünyanın qabaqcıl texnologiya şirkətlərindən biri olan “Huawei”nin dəvəti ilə bir sıra görüşlərdə iştirak edib.

İlk olaraq azərbaycanlı nümayəndələr şirkətin Pekində yerləşən baş ofisini və əsas sərgi mərkəzini ziyarət ediblər. Burada “Huawei” tərəfindən müxtəlif sahələrdə tətbiq olunan müasir ağıllı (Smart) texnoloji həllər nümayiş etdirilib.

Daha sonra “Huawei”nin vitse-prezidenti David Vang ilə görüş keçirilib. Görüşdə şirkətin “Smart Education” (ağıllı təhsil) modeli ətraflı təqdim olunub. Professor Ədalət Muradov və nümayəndə heyəti smart modelin üstünlükləri, tədris prosesinə gətirdiyi yeniliklərlə bağlı məlumat əldə ediblər. Eyni zamanda, “ağıllı təhsil” konsepsiyasının Azərbaycanda tətbiqi perspektivləri müzakirə olunub və gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Qonaqlara, həmçinin “Huawei”nin süni intellekt və 5G-A texnologiyaları üzrə həyata keçirdiyi son yeniliklər təqdim olunub. Bu texnologiyaların müxtəlif sahələrdə yaratdığı imkanlar, həmçinin qlobal inkişaf proseslərinə təsiri barədə ətraflı məlumat verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930