Türkiyədə anti-Azərbaycan saxtakarlığının müəllifi saxlanılıb
Türkiyədə BMT Baş Assambleyasında Azərbaycan nümayəndə heyəti ilə bağlı yalan paylaşım edən şəxs saxlanılıb.
Sosial şəbəkələrdə Azərbaycan nümayəndə heyətinin Prezident İlham Əliyevin çıxışını dinlədiyi bir foto yayılıb. Lakin paylaşımın müəllifi həmin görüntünü İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı çəkilmiş kimi təqdim edərək, “Azərbaycan nümayəndə heyəti İsrail baş nazirinin çıxışı zamanı zalı tərk etmədi” şəklində şərh əlavə edib.
Saxta paylaşım geniş rezonansa səbəb olub, bundan sonra paylaşımın müəllifi Türkiyə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. O, öz profilində ifadə verdikdən sonra ölkəni tərk edərək İspaniyaya getdiyini bildirib.