azturkxeber.az
http://azturkxeber.az

Respublikada fəaliyyət göstərən akvakultura təsərrüfatlarının ilkin uçotu aparılır

30-09-2025

Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi tərəfindən respublika ərazisində fəaliyyət göstərən (qeydiyyatda olan və olmayan) akvakultura təsərrüfatlarının ilkin uçotu aparılır.

Bu məqsədlə təsərrüfat sahibləri - fiziki və hüquqi şəxslər ad, soyad ata adı, əlaqə nömrəsi, ünvanlarını, təsərrüfatın sahəsini, təsərrüfatın su səthinin sahəsini, yetişdirilən növləri və hər növ üzrə yetişdirilən həcmləri və satış üçün nəzərdə tutulan miqdarları qeyd edərək info@fish.gov.az elektron ünvanına göndərməkləri xahiş olunur.

İlkin uçotun aparılmasında əsas məqsəd ölkə ərazisində fəaliyyət göstərən təsərrüfatların sayını, onların coğrafi yerləşməsini, istifadə olunan su resurslarını, yetişdirilən akvakultura növləri üzrə illik istehsal həcmlərini və ümumi istehsal potensialını müəyyənləşdirməkdir.

Toplanacaq məlumatlar gələcək illərdə yerli istehsalın təşviqi, subsidiya layihələrinin hazırlanması, təsərrüfatların qeydiyyatının sadələşdirilməsi və mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərin sürətləndirilməsinə xidmət edəcək.

Fermerlərdən və sahibkarlardan formaları dolğun və dəqiq məlumatlarla doldurmaları xahiş olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930