azturkxeber.az
http://azturkxeber.az

Polşa parlament nümayəndə heyəti ilə görüşdə

30-09-2025

Sentyabrın 30-da Azərbaycan-Polşa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sevinc Fətəliyeva Polşa Milli Assambleyasının nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan Sevinc Fətəliyeva qeyd edib ki, dövlətlərimiz arasında dostluq və əməkdaşlıq münasibətləri həm dövlət başçıları, həm də parlamentlər səviyyəsində dinamik şəkildə inkişaf edir. Bildirilib ki, mədəni, siyasi, diplomatik və humanitar sahələrdə yüksək səviyyəli münasibətlər mövcuddur. Bu əlaqələrin möhkəmləndirilməsi xalqlarımız arasında dostluğun və qarşılıqlı etimadın daha da dərinləşməsinə xidmət edəcək.

Öz növbəsində qonaq, Polşa Milli Assambleyasının Polşa-Azərbaycan parlamentlərarası əlaqələr qrupunun sədri Pşemışlav Vitek göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, vurğulayıb ki, parlamentlərarası əməkdaşlıq münasibətlərimizin inkişafında əhəmiyyətli rola malikdir. Biznes və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi, işgüzar dairələr arasında birbaşa əlaqələrin təşviqi ölkələrimiz arasındakı strateji tərəfdaşlığı daha da gücləndirəcək və qarşılıqlı iqtisadi maraqların təmin olunmasına mühüm töhfə verəcəkdir.

Müzakirələrdə Azərbaycan-Polşa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Asim Mollazadə, Sevil Mikayılova,Polşa-Azərbaycan parlamentlərarası əlaqələr qrupunun üzvləri Tomaş Qlovski, Rişard Vilk, Qjeqoj Matuşak çıxış edərək dövlətlərimiz arasındakı münasibətlərin tarixindən və parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivlərindən bəhs ediblər.

Görüş qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi ilə davam edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930