Növbəti “Açıq qapı” günü keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin (UADM) təşkilatçılığı ilə 23 sentyabr 2025-ci il tarixində növbəti “Açıq qapı” günü keçirilib.Tədbirdə psixoloq və sosial işçilər də iştirak ediblər.
Səyyar formada təşkil olunan “Açıq qapı” günü Bakı şəhəri Xəzər rayonunun Buzovna, Goranboy rayonunun Nərimanlı, Hacıqabul rayonunun Padar, Qəbələ rayonunun Məmmədağalı, Saatlı rayonunun Seyidlər, Sabirabad rayonunun Axıska, Zaqatala rayonunun Çobankol, Zərdab rayonunun Gəlmə, Göygöl rayonunun Yeni Qızılca və İsmayıllı rayonunun Qurbanəfəndi kənd və qəsəbələrini əhatə edib.
Tədbir çərçivəsində vətəndaşların UADM-lərin xidmətlərindən istifadə imkanları, mərkəzlərlə əməkdaşlıq,psixoloji konsultasiya,aliment məsələləri,müalicə və sosial müavinətlər,işlə təminat və özünüməşğulluq proqramları,təhsil imkanları,evdə (səyyar) sosial xidmətlərin təşkili mövzuları üzrə müraciətləri dinlənilib.
Bundan əlavə, uşaqlarda inkişaf ləngiməsinin erkən aşkarlanması və profilaktikası məqsədilə mərkəzlərin mütəxəssisləri tərəfindən Denver II qiymətləndirmə testi tətbiq olunub.
“Açıq qapı” günü çərçivəsində ümumilikdə 90 nəfər vətəndaşın müraciəti dinlənilib və onların həlli istiqamətində müvafiq tədbirlər görüləcəyi bildirilib.