azturkxeber.az
http://azturkxeber.az

Məktəblərdə kitabxanaçı vəzifəsi üçün müsahibənin vaxtı açıqlanıb

30-09-2025

Məktəblərdə kitabxanaçı vəzifəsi üçün müsahibənin vaxtı açıqlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində kitabxanaçı vəzifəsində çalışan və kitabxana müdiri vəzifəsinə təyin olunmaq istəyən namizədlər üçün müsahibə mərhələsi oktyabrın 1-də keçiriləcək.

İdarədən bildirilib ki, qeyd edilən vəzifə üzrə ixtisası, təhsil səviyyəsi, həmin sahədə iş təcrübəsi əsasında seçilmiş namizədlər müsahibəyə dəvət edilib. Müsahibənin vaxtı və məkan haqqında məlumat SMS vasitəsilə namizədlərə göndərilib.

Müsahibə zamanı namizədlərin bilikləri və peşəkar keyfiyyətləri müvafiq komissiya tərəfindən qiymətləndiriləcək. Nəticələr barədə məlumat namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə göndəriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930