azturkxeber.az
http://azturkxeber.az

MDB Oyunları: Bu gün 7 idman növü üzrə yarışlar keçiriləcək

30-09-2025

MDB Oyunları: Bu gün 7 idman növü üzrə yarışlar keçiriləcək

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün 7 idman növü üzrə yarışlar keçiriləcək.

Çövkən üzrə Azərbaycan millisi A qrupundakı ikinci oyununda Küveyt yığması ilə qarşılaşacaq. Şəki şəhər stadionundakı görüş saat 12:30-da başlayacaq. Milli komandamız ilk turda Qırğızıstana 4:0 hesabı ilə qalib gəlib.

Qəbələ Olimpiya İdman Kompleksində badminton yarışları start götürəcək. Qəbələ Atıcılıq Mərkəzində isə stend atıcılığı üzrə növbəti medallar sahibini tapacaq.

Gəncə İdman Sarayında üzgüçülük və voleybol, Mingəçevirdə taekvondo, Yevlaxda isə boks yarışları təşkil olunacaq.

Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq. Azərbaycan 5 qızıl, 17 gümüş və 16 bürünc medalla ümumi sıralamada 2-ci pillədə qərarlaşıb. Siyahıya 49 (34 qızıl, 8 gümüş, 7 bürünc) medalla Rusiya komandası başçılıq edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930