Şəhid Ailələrinə Dəstək: Naxçıvan Səhiyyə Nazirliyindən Anlamlı Ziyarət

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin rəhbər heyəti və tabeli müəssisələrin rəhbərləri Naxçıvan şəhərində və muxtar respublikanın digər bölgələrində yaşayan bir qrup şəhid ailəsini ziyarət ediblər.
Görüşlərdə Vətən uğrunda canından keçmiş qəhrəmanların xatirəsinin daim ehtiramla anıldığı, onların qəhrəmanlıqlarının isə xalqımız üçün örnək olduğu qeyd olunub. Bildirilib ki, şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayır, onların ailə üzvlərinin qayğı və problemləri daim diqqət mərkəzində saxlanılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: