azturkxeber.az
http://azturkxeber.az

“AzInTelecom” “INMerge” İnnovasiya Sammiti”ndə iştirak edir

30-09-2025

“AzInTelecom” “INMerge” İnnovasiya Sammiti”ndə iştirak edir

“AZCON Holding”in şirkətlərindən olan “AzInTelecom” MMC “INMerge İnnovasiya Sammiti 2025”də iştirak edir.

Bakı Konqres Mərkəzində keçirilən və iki gündür davam edən sammitdə “AzInTelecom” nümayəndə heyəti yerli və xarici şirkətlərin nümayəndələri ilə görüşlər keçirir, potensial tərəfdaşlıqlar müzakirə edilir.

Bundan başqa, sammitin sərgi ərazisində “AzInTelecom”un interaktiv stendi fəaliyyət göstərir. Stenddə iştirakçılara “AzInTelecom”un innovativ xidmət və məhsulları barədə məlumat verilir, ziyarətçilər stenddə təşkil olunmuş rəqəmsal çarx oyununda iştirak edərək müxtəlif hədiyyələr qazanırlar.

Qeyd edək ki, hər il təşkil olunan “INMerge” Sammiti regionun ən böyük innovasiya tədbiri hesab olunur. Tədbirin məqsədi Azərbaycanın və regionun aparıcı texnologiya təşkilatlarını və dövlət qurumlarını korporativ innovasiyalar ətrafında birləşdirməkdir. Builki sammitdə “Netflix”, “OpenAI”, NVIDIA kimi nəhəng şirkətlərin rəhbər və nümayəndələri iştirak edir. Tədbirdə 30-dan çox ölkədən 1,000-dən artıq təsisçi, investor, korporativ lider və siyasətçi bir araya gəlib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930