azturkxeber.az
http://azturkxeber.az

Ali Məclisin 2025-ci il payız sessiyası açılıb

30-09-2025

Sentyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci il payız sessiyasının ilk plenar iclası keçirilib.

Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

İclasın gündəliyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci il payız sessiyasının qanunvericilik işləri planının təsdiqi və cari məsələlər daxil edilib.

Gündəlik təsdiq olunduqdan sonra “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı səsə qoyularaq qəbul edilib.

Sonra iclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vaşinqton səfəri, Dövlət Suverenliyi Günü və 27 Sentyabr – Anım Gününün 5 illiyi ilə bağlı Ali Məclis sədrinin müavini Arzu Abdullayev, İqtisadi siyasət komitəsinin sədri Emin Şıxəliyev və deputat Təbriz Zeynalov çıxış ediblər.

Bununla da Ali Məclisin payız sessiyasının ilk plenar iclası başa çatıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930