azturkxeber.az
http://azturkxeber.az

“PAŞA Holding”in iştirakı ilə “Kibertəhlükəsizlikdə qadınlar: Karyera və təhsil” tədbiri keçirilib

26-09-2025

Kibertəhlükəsizlik Mərkəzinin, “Women in Cybersecurity Azerbaijan” və “Texio Academy”nin birgə təşkilatçılığı, eləcə də “PAŞA Holding”in iştiraki ilə baş tutan “Kibertəhlükəsizlikdə qadınlar: Karyera və təhsil” tədbiri gənc xanımlar üçün ilhamverici platformaya çevrilib.

Tədbirdə 100-ə yaxın iştirakçı - bu sahədə inkişaf etmək istəyən tələbələr, gənc mütəxəssislər və bu sahədə təmsil olunan qadın peşəkarlar bir araya gəlib. Panel sessiyalarında uğur hekayələri, təqaüd imkanları, könüllülük proqramları və sahədəki çağırışlar geniş müzakirə olunub. “PAŞA Holding”i şirkətin informasiya təhlükəsizliyi üzrə meneceri Sona Talıbova təmsil edib.

Qeyd edək ki, “PAŞA Holding” Azərbaycanda kibertəhlükəsizlik cəmiyyətinin böyüməsi və inkişafının dəstəklənməsinə sadiq qalır. Bu cür təşəbbüslər qadınların kibertəhlükəsizlik sahəsində daha inamla irəliləməsinə və öz yolunu tapmasına ilham verir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930