azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisdə görüş

26-09-2025

Sentyabrın 26-da Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov ilə Keniya Senatının üzvləri arasında videokonfrans formatında tanışlıq görüşü keçirilib.

Ramid Namazov iştirakçıları salamlayaraq, Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyəti barədə ətraflı məlumat verib, qanunverici orqanlarımız arasında əməkdaşlıq imkanları, qarşılıqlı münasibətlərin inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb, Keniya ilə əlaqələrin əhəmiyyətini qeyd edib.

O, iki ölkənin dövlət başçılarının təmaslarının münasibətlərin inkişafındakı mühüm rolundan danışıb. Görüş əsnasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Keniyaya səfəri xatırladılıb və Fondun orada humanitar sahədə gördüyü işlər barədə məlumat verilib.

Ramid Namazov son illər iki ölkə arasındakı münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin rolunu vurğulayaraq, bu cür səfərlərin vacibliyini diqqətə çatdırıb.

Söhbət zamanı komissiya sədri Keniyanın Qoşulmama Hərəkatı Parlament Şəbəkəsində daha aktiv fəaliyyət göstərəcəyinə inamını bildirib.

Görüşdə iştirak edən Milli Məclisin deputatı Zaur Şükürov dövlətlərimiz arasındakı münasibətlərin parlamentlərarası əlaqələrə müsbət təsiri barədə fikirlərini səsləndirib.

Keniyalı senator Hamida Kibvana və həmkarları ölkələrinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın, o cümlədən parlament diplomatiyasının daha da möhkəmləndirilməsində maraqlı olduğunu bildirərək, qarşılıqlı dostluq və etimad əsasında mövcud olan münasibətləri yüksək qiymətləndirdiklərini qeyd ediblər.

Videokonfrans zamanı ölkələr arasında parlamentlərarası, iqtisadi, davamlı inkişaf, iqlim dəyişikliyi, təhsil, bərpa olunan enerji sahələrində inkişaf perspektivlərindən də bəhs edilib.

Sonda tərəflər ikitərəfli və çoxtərəfli formatlarda qarşılıqlı və faydalı əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.

Görüşdə deputatlar Naqif Həmzəyev, Elşən Musayev, Elnarə Akimova, Azərbaycanın Keniyadakı fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930