azturkxeber.az
http://azturkxeber.az

Bərdədə özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara və “DOST Evi”nə baxış olub

26-09-2025

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev özünüməşğulluq proqramı çərçivəsində rayon sakinləri Hacıyev Ramil Fuad oğlu və İsmayılov İlham Yediyar oğlu üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.

Özünüməşğulluq proqramının dəstəyi ilə aktivlər verilməklə R.Hacıyev üçün foto atelye, İ.İsmayılov üçün isə maldarlıq təsərrüfatı üzrə kiçik təsərrüfatlar qurulub.

Onlar işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradılması, öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Bərdə rayonunda 2808 şəxs üçün kiçik təsərrüfatlar qurulub.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ “DOST Evi” filalına da baxış olub. Burada həssas qruplardan olan şəxslərin yaradıcılıq potensialının inkişaf etdirilməsi üçün yaradılmış şəraitlə tanış olublar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930