azturkxeber.az
http://azturkxeber.az

"AzerGold" QSC Quşçu kəndində infrastrukturun bərpasına dəstək göstərib

26-09-2025

"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən Daşkəsən rayonunun Quşçu kənd sakinlərinin müraciəti əsasında kəndin 10 km-lik torpaq örtüklü örüş yolunda bərpa işləri həyata keçirilib.

Yerli əhalinin gündəlik həyat şəraitinin və kənd təsərrüfatı fəaliyyətlərinin yaxşılaşdırılması məqsədilə görülən işlər çərçivəsində, həmçinin Quşçu–Quytul torpaq yolunda kipləşdirmə, səthin sıyrılması və hamarlaşdırma işləri də yerinə yetirilib.

Ərazidə dağlıq sahələrdən gələn su və sel axınlarının tənzimlənməsi məqsədilə xüsusi suötürücü boruların quraşdırılması təmin olunub. Eyni zamanda, sel sularının zərər vurduğu torpaq sahələrində dolğu materialı ilə bərkitmə və səth düzləndirmə işləri həyata keçirilib.

"AzerGold" QSC-nin korporativ sosial məsuliyyət siyasəti çərçivəsində icra olunan bu tədbirlər yerli icmanın rifahına, eləcə də kənd təsərrüfatı infrastrukturunun davamlı inkişafına töhfə vermək məqsədi daşıyır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930