azturkxeber.az
http://azturkxeber.az

AQTİ HACCP sisteminin tətbiqi üzrə qiymətləndirmə və məsləhət xidmətlərini davam etdirir

26-09-2025

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida zənciri boyunca fəaliyyət göstərən sahibkarlıq subyektlərinin təhlükəsiz və keyfiyyətli məhsul istehsalı və satışını təmin etmək məqsədilə peşəkar qiymətləndirmə və məsləhət xidmətləri sahəsində yaxından dəstəyini davam etdirir.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, HACCP sisteminin tətbiqi çərçivəsində “Mangal Steak House Bayıl” restoranında konsaltinq xidməti göstərilib. AQTİ-nin mütəxəssisləri tərəfindən müəssisənin fəaliyyəti qanunvericiliyə uyğun olaraq yoxlanılıb, müəssisədaxili proseslər hərtərəfli qiymətləndirərək HACCP sisteminin qurulması üçün müvafiq tövsiyələr verilib.

Qeyd edək ki, HACCP qida təhlükəsizliyini təmin edən idarəetmə sistemidir. Qanunvericiliyə əsasən, HACCP sisteminin tətbiqi sahibkarlıq subyektləri üçün məcburi hesab olunur. AQTİ müəssisələrdə HACCP sisteminin milli və beynəlxalq tələblərə uyğun qurulması, mövcud sistemlərin qiymətləndirilməsi və tətbiqi zamanı metodiki dəstək göstərir. Xidmət çərçivəsində sertifikatlar verilir, istehsal prosesləri təhlükəsizlik standartlarına uyğunlaşdırılır və istehlakçı etimadı artır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930