azturkxeber.az
http://azturkxeber.az

Nazir müavini Sarvan Cəfərov İmişlidə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

25-09-2025

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov sentyabrın 25-də İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında İmişli, Füzuli rayonları və Bakı şəhərindən olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbulda vətəndaşların müraciətləri əsasən əkin subsidiyası, iş yerinin dəyişdirilməsi, texnika və avadanlıqların lizinqə verilməsi, intensiv bağın salınması, işğaldan azad edilmiş ərazilərdə torpaq sahəsinin ayrılması, torpağın təyinatının dəyişdirilməsi və digər məsələlərlə bağlı olub. Nazir müavini Sarvan Cəfərov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Nazir müavini vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı Sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Vətəndaş qəbulu başa çatdıqdan sonra Nazir müavini Sarvan Cəfərov İmişli DAİM-in kollektivi ilə görüşüb, yeniliklər, iş prosesinin təşkili ilə maraqlanıb, öz tövsiyə və tapşırıqlarını verib.

Qəbuldan sonra nazir müavini Sarvan Cəfərov rayonun Qaralar kəndində “İmişli R-Agro” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus heyvandarlıq təsərrüfatı və əkin sahələrinə baxış keçirib, fermerlərlə görüşüb. Fermerlərlə görüşdə aqrar sahəyə dövlət dəstəyi tədbirləri, heyvandarlığın inkişafına dövlət dəstəyi mexanizmləri, aqrar sahənin inkişafı istiqamətində dövlət tərəfindən görülən stimullaşdırıcı tədbirlər və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydə alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930