azturkxeber.az
http://azturkxeber.az

Xankəndidə “Arşın mal alan” operettası nümayiş edilib

20-09-2025

Xankəndidə keçirilən şəhər günü tədbirləri çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Qarabağ Universitetində Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasını təqdim edib.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, universitetin müəllim və tələbə heyəti tamaşanı maraqla izləyiblər.

Quruluşçu rejissor Elvin Mirzəyevə aid olan bu tamaşanın bərpaçı rejissoru Əhəd Hacıyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.

Tamaşada rolları Əməkdar artistlər Əzizağa Əzizov, Əkbər Əlizadə, Nərgiz Kərimova, Nahidə Orucova, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Ülviyyə Əliyeva, Mehriban Zaliyeva, aktyor Elxan İsmayılov, həmçinin teatrın xor və balet artistləri ifa ediblər.

Qeyd edək ki, "Arşın mal alan" operettası Üzeyir Hacıbəylinin sayca üçüncü və sonuncu musiqili komediyasıdır. 1913-cü ildə ərsəyə gələn operettanın librettosu da müəllifə məxsusdur. Əsərin süjet xəttində coşqun ruhlu baş qəhrəmanlar - Əsgər və Gülçöhrənin böyük və səmimi məhəbbətindən bəhs edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930