azturkxeber.az
http://azturkxeber.az

Milli Kitabxanada virtual sərgi və kitab sərgisi istifadəçilərə təqdim olunub

20-09-2025

Milli Kitabxanada “20 Sentyabr - Dövlət Suverenliyi Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Bu barədə kitabxanadan məlumat verilib.

Bildirilib ki, sərgilərdə rəsmi sənədlər, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə “Dəmir Yumruq” əməliyyatı çərçivəsində aparılmış 44 günlük Vətən müharibəsi, hərbi və siyasi strategiya, hərbi taktika, qazanılmış şanlı Qələbə və Azərbaycanın ərazi bütövlüyünün bütün ölkə ərazisində tam bərqərar edilməsi barədə məlumatlar təqdim edilir.

Həmçinin, sərgilərdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş əsgər və zabitlərin, şəhidlərin döyüş yolu, işğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə aparılmış bərpa-quruculuq işləri, müasir infrastruktur layihələri və Böyük Qayıdış prosesi barədə Azərbaycan və xarici dillərdə ədəbiyyatlar və dövri mətbuat materialları nümayiş olunur.

Virtual sərgi ilə buradan tanış ola bilərsiniz.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930