azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belqradda keçirilən hərbi paradda iştirak edib

20-09-2025

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və onun rəhbərlik etdiyi nümayəndə heyətinin Serbiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Milan Moysiloviçin dəvəti ilə həmin ölkəyə səfəri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, əvvəlcə Belqrad şəhərində yerləşən Taşmaydan parkında Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə əklil qoyulub və xatirəsi ehtiramla yad edilib.

Səfər çərçivəsində general-polkovnik K.Vəliyev serbiyalı həmkarı ilə hərbi əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıb və Belqrad şəhərində keçirilən hərbi paradda iştirak edib.

Tədbirlərdə Azərbaycan Respublikasının Serbiyadakı səfiri Kamil Xasıyev də iştirak edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930