azturkxeber.az
http://azturkxeber.az

“Süni intellekt insan və transformasiya üçün” mövzusunda konfransda DOST könüllüləri xüsusi missiya daşıyacaqlar

19-09-2025

“Süni intellekt insan və transformasiya üçün” mövzusunda konfransda DOST könüllüləri xüsusi missiya daşıyacaqlar

Müasir dövrdə sosial xidmətlərin inkişafı və rəqəmsal texnologiyaların bu sahəyə inteqrasiyası dövlət-vətəndaş münasibətlərinin yeni mərhələsini formalaşdırır. Azərbaycan bu istiqamətdə öncül təşəbbüsləri ilə seçilir və bu il ölkəmizdə keçiriləcək ilk SOCGOV 2025 beynəlxalq konfransı qlobal miqyasda mühüm hadisə kimi qiymətləndirilir.

SOCGOV təşəbbüsü – sosial sahədə innovativ idarəetməyə yönəlmiş qlobal platformadır. Onun missiyası sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi, süni intellekt və rəqəmsal texnologiyaların tətbiqi ilə vətəndaşlara göstərilən xidmətlərin daha əlçatan, çevik və şəffaf olmasına nail olmaqdır. Azərbaycan üçün həmin təşəbbüsün xüsusi əhəmiyyəti ondadır ki, ölkəmiz sosial xidmətlərin rəqəmsallaşdırılması sahəsində artıq qabaqcıl təcrübələr formalaşdırıb və onu beynəlxalq müstəviyə çıxarır.

“Süni intellekt insan və transformasiya üçün” mövzusunda keçiriləcək SOCGOV 2025 konfransının təşkilat komissiyasının rəhbəri, DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Tural Mailov AZƏRTAC-a deyib ki, tədbir müxtəlif ölkələrdən gələn dövlət qurumları, beynəlxalq təşkilatlar, ali təhsil müəssisələri və özəl sektor nümayəndələrini bir araya gətirəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930