azturkxeber.az
http://azturkxeber.az

“Qəlblərimiz Zəfərlə döyünür” adlı tibbi aksiya keçirilir

19-09-2025

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Qarabağ Zəfərinin 5-ci ildönümünə həsr olunmuş “Qəlblərimiz Zəfərlə döyünür” adlı tibbi aksiyaya start verilib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, aksiyada muxtar respublikanın müxtəlif rayonlarında yerləşən 7 Ailə Sağlamlıq Mərkəzində (ASM) əhalinin tibbi müayinələrdən keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bir həftə davam edəcək aksiya çərçivəsində Şərur rayonu üzrə Cəlilkənd, Ordubad rayonu üzrə Vənəd, Babək rayonu üzrə Nehrəm, Sədərək rayonu üzrə Dəmirçi, Kəngərli rayonu üzrə Qarabağlar, Culfa rayonu üzrə Qazançı və Şahbuz rayonu üzrə Kükü ASM-lərdə sakinlərin müayinələri aparılacaq. Burada vətəndaşlara kardioloji müayinələr, qan təzyiqi, qanda şəkər səviyyəsinin yoxlanılması kimi profilaktik tədbirlər həyata keçiriləcək.

Layihənin əsas məqsədi ürək-damar xəstəliklərinin erkən aşkarlanması, profilaktik tədbirlərin gücləndirilməsi və əhalinin sağlamlıq göstəricilərinin yaxşılaşdırılmasından, eyni zamanda, sağlam həyat tərzinin geniş şəkildə təşviq olunmasından ibarətdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930