azturkxeber.az
http://azturkxeber.az

Qazaxıstanda Azərbaycanın lüks turizm imkanları nümayiş olunub

19-09-2025

Azərbaycan Turizm Bürosu 17-19 sentyabrda Qazaxıstanın Astana və Almatı şəhərlərində keçirilən “Luxury Travel Mart” (LTM) tədbirində təmsil olunub.

Tədbir zamanı keçirilən B2B görüşlərində Qazaxıstan və Özbəkistanın 30-dan çox turizm şirkəti və turoperatoru ilə görüşlər keçirilərək əməkdaşlıq imkanları müzakirə olunub, ölkənin lüks turizm potensialı təqdim edilib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust dövründə Azərbaycana Qazaxıstandan 69 332, Özbəkistandan 37 718 xarici vətəndaş səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 19% və 28% artımdır.

“Azərbaycan Hava Yolları” (AZAL), “Air Astana”, “FlyArystan” və “Uzbekistan Airways”in Bakı ilə Almatı, Astana və Daşkənd şəhərləri arasında birbaşa aviareyslər qarşılıqlı ziyarətçi sayının artmasına və ölkələrarası turizm əlaqələrinə töhfə verir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930