azturkxeber.az
http://azturkxeber.az

Qatarların qarşısına çıxan piyadalar: 8 ayda 7 ölüm, 81 təcili tormozlama – ADY-dən xəbərdarlıq

19-09-2025

2025-ci ilin 8 ayında ADY qatarlarının maşinistləri yola qəfil insan çıxması nəticəsində 81 dəfə təcili tormozlama etməli olublar.

Bəzi hallarda isə məsafə çox qısa olduğundan hadisə qaçılmaz olub. Qatar qarşısına insan çıxması nəticəsində 7 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Bu hadisələr, əsasən, dəmir yolu ətrafında yaşayan insanların, bu yollardan mütəmadi istifadə edən piyadaların diqqətsizliyindən baş verir. Həmçinin piyadaların dəmir yolunun müəyyən edilməmiş yerlərdən keçməsi İnzibati Xətalar Məcəlləsinin pozulmasıdır.

Dəmir yolu xətlərini keçərkən qulaqlıqdan istifadə etməmək, sağa və sola baxmaq, hər iki tərəfdən qatarın gəlmədiyinə əmin olduqdan sonra yola davam etmək mütləqdir. Unutmaq olmaz, qatarın dayanması üçün böyük məsafəyə ehtiyac var.

ADY təhlükəsizliyi hər zaman diqqətdə saxlayaraq infrastrukturda yenilənmələr və yoxlamalar aparır, həmçinin sosial mediada maarifləndirmə kampaniyaları təşkil edir, dəmir yolu ətrafında yerləşən məktəblərdə bununla bağlı xüsusi təlimlər keçir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930