Kəlbəcər: Təbiətin qoynunda yenidən canlanan həyat
Kənd təsərrüfatı fəaliyyətlərinin işğaldan azad olunmuş zəngin təbiəti və heyvandarlıq potensialı olan Kəlbəcər rayonunun yaylaqlarına köçürülməsi ilə orada həyat yenidən canlanıb. Əsrarəngiz dağ landşaftları, sıx meşələri və təmiz çayları ilə seçilən bu bölgə, kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq üçün əlverişli şəraitə malikdir. Rayonun münbit torpaqları və bol sulu otlaqları burada iribuynuzlu və xırdabuynuzlu heyvanların yetişdirilməsi üçün ideal şərait yaradır.