azturkxeber.az
http://azturkxeber.az

“AzerGold” QSC-də növbəti qanvermə aksiyası keçirilib

19-09-2025

“AzerGold” QSC-də irsi və qazanılmış qan xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə növbəti qanvermə aksiyası təşkil edilib.

Aksiyada “AzerGold” QSC-nin və onun törəmə müəssisəsi olan “Daşkəsən Dəmir Filiz” MMC-nin əməkdaşları iştirak edərək, könüllü şəkildə qan veriblər.

Tədbir Milli Hematologiya və Transfuziologiya Mərkəzinin xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən həyata keçirilib. Donorların sağlamlıq vəziyyəti əvvəlcə müvafiq tibbi müayinə ilə yoxlanılıb, daha sonra qan nümunələri götürülüb.

Toplanan qan ehtiyatı laboratoriya şəraitində yoxlanılaraq, talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsində istifadə olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930