azturkxeber.az
http://azturkxeber.az

Ağsuda narkotiklərin satışını təşkil edən şəxs tutulub

19-09-2025

Ağsuda narkotiklərin satışını təşkil edən şəxs tutulub

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, əvvəllər də məhkum olunmuş 47 yaşlı Nazim İsmayılov saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, ondan marixuana aşkar olunub. Saxlanılan şəxsin narkotiki satış məqsədilə üzərində daşıdığı müəyyən edilib. Məhkəmənin qərarı ilə N.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.

Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyatlar zamanı daha 2 nəfər saxlanılıb. Onlardan 1 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930