azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin sədri Sahibə Qafarova AİPA-nın Baş Assambleyasında Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri haqqında məlumat verib

18-09-2025

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 18-də Malayziyanın Kuala Lumpur şəhərində keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının (AİPA) 46-cı Baş Assambleyasının plenar iclasında çıxışı zamanı Azərbaycanın işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur regionlarında həyata keçirdiyi nəhəng quruculuq və yenidənqurma işləri haqqında məlumat verib.

Spiker Sahibə Qafarova deyib ki, bu ərazilərin dirçəldilməsi Azərbaycan hökumətinin inklüziv inkişafa və dayanıqlılığa yanaşmasının mühüm tərkib hissəsini təşkil edir. O, xatırladıb ki, bu ərazilər 30 il ərzində işğal altında qalıb və 2020-ci ildə işğaldan azad edilib. Spikerin sözlərinə görə, tamamilə dağıdılmış həmin ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri artıq hökumətimizin bu regionlarda əlli mindən çox insanı məskunlaşdırmasına və onların ölkənin ümumi sosial-iqtisadi həyatına yenidən inteqrasiya etməsinə imkan verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930