Ölkəmizdə səfərdə olan briqada generalı Mostafizur Rahmanın rəhbərlik etdiyi Banqladeş Xalq Respublikası Milli Müdafiə Kollecinin "Silahlı Qüvvələrin döyüş kursu"nun rəhbər və dinləyici heyəti "Xarici tədris gəzintisi" çərçivəsində Milli Məclisdə oldular.
Müdafiə ,Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev , parlamentarası işçi qrupunun rəhbəri Aydın Hüseynov və üzvü Rövşən Muradovun iştirakı ilə maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı suallar cavablandırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.