azturkxeber.az
http://azturkxeber.az

Gənclər və idman komitəsinin iclasında

18-09-2025

Sentyabrın 18-də Milli Məclisin Gənclər və idman komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib. Komitə sədri Şahin İsmayılov iclası açaraq, qarşıdakı sessiyada komitənin fəaliyyətinə uğurlar arzulayıb və gündəliyə 2 məsələnin daxil edildiyini bildirib.

Komitə sədri əvvəlcə 2025-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Gənclər və idman komitəsində görülən işlər barədə məlumat verib. O qeyd edib ki, sessiya ərzində komitəyə vətəndaşlardan, idarə və təşkilatlardan 85 ərizə daxil olub və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına göndərilib. Həmçinin, komitə üzvləri vətəndaşlarla çoxsaylı görüşlər keçirib, onları narahat edən məsələlərin həlli istiqamətində tədbirlər görüblər.

Sonra Şahin İsmayılov Gənclər və idman komitəsinin qarşıdakı payız sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsini təqdim edib. Diqqətə çatdırılıb ki, iş planında qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələrinin müzakirəsi, komitənin fəaliyyət istiqamətləri çərçivəsində ictimai dinləmələrin təşkili, vətəndaşlarla görüşlərin keçirilməsi və digər məsələlər öz əksini tapıb.

Gündəlikdəki məsələlərin müzakirəsində komitə sədrinin müavini Könül Nurullayeva, komitə üzvləri Asif Əsgərov, Vüqar İskəndərov, Eyvaz Qurbanov, Göydəniz Qəhrəmanov, Mahir Süleymanlı çıxış edərək rəy və təkliflərini bildiriblər.

İclasda komitənin ötən sessiya dövründə görülən işlər barədə hesabatı məqbul hesab olunub, qarşıdakı sessiya üçün iş planı təsdiqlənib.

Tədbirdə komitə üzvləri Müşfiq Cəfərov, Səbinə Xasayeva, Mircəlil Qasımlı, Anar Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930