azturkxeber.az
http://azturkxeber.az

Təhsil hər zaman cəmiyyətimizin tərəqqisinin əsas dayağı olub

15-09-2025

15 sentyabr Azərbaycanda Bilik Günü kimi qeyd olunur. Bu gün yalnız yeni dərs ilinin başlanğıcı deyil, həm də xalqımızın elmə və təhsilə verdiyi yüksək dəyərin parlaq ifadəsidir. Təhsil hər zaman cəmiyyətimizin tərəqqisinin əsas dayağı olub.

Məhz buna görə də Ümummilli Lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” prinsipi ölkəmizdə həyata keçirilən bütün islahatların ideya əsası kimi çıxış etmişdir. Onun müəyyənləşdirdiyi bu strateji xətt bu gün də uğurla davam etdirilir.

Hazırda Prezident cənab İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə təhsil sistemimizin müasirləşdirilməsi, infrastrukturun yenilənməsi, gənclərin bilik və bacarıqlarının artırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu proses ölkəmizin gələcəyinə inamı daha da möhkəmləndirir və hər birimiz üçün yeni dərs ilinə böyük ümidlərlə başlamaq imkanı yaradır.

Bilik Günü münasibətilə bütün müəllimlərimizi, şagird və tələbələrimizi, eləcə də valideynlərimizi səmimi-qəlbdən təbrik edirəm. Yeni tədris ilində hər kəsə möhkəm sağlamlıq, böyük nailiyyətlər və uğurlar arzulayıram. İnanıram ki, təhsilin inkişafı və bilik yolunda qazanılan uğurlar Azərbaycanın gələcəyini daha da işıqlı edəcəkdir.

Milli Məclisin deputatı Siyavuş Novruzov.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930