azturkxeber.az
http://azturkxeber.az

"Sonsuz qardaşlıq - IV" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib - VİDEO

15-09-2025

Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə Bakıda təşkil olunan “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təliminin sentyabrın 15-də “Yüksək səviyyəli Müşahidəçi Günü” keçirilib.

Tədbirdə müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, nazirliyin digər vəzifəli şəxsləri, eləcə də iştirakçı ölkələrdən olan yüksək səviyyəli qonaqlar və ölkəmizdə akkreditə olunmuş hərbi attaşelər iştirak ediblər.

Əvvəlcə ərazinin maketi üzərində təlimin ümumi gedişatı, qarşıda duran tapşırıqların məqsədi və icra olunma ardıcıllığı barədə məlumat verilib.

Sonra təlim poliqonunda digər qoşun növləri ilə qarşılıqlı əlaqədə xüsusi əməliyyat tapşırıqları icra olunub.

Təlimin yekununda iştirakçı ölkələrin bayraqları ilə paraşüt tullanışları həyata keçirilib.

Baş Qərargah rəisi təlimin gedişatını və hərbi qulluqçuların döyüş hazırlığını yüksək qiymətləndirib, iştirakçılara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Keçirilən təlimin dost və müttəfiq ölkələrin xüsusi təyinatlıları arasında birgə xüsusi əməliyyatların keçirilməsi sayəsində təcrübə mübadiləsinin aparılması, qarşılıqlı fəaliyyətlərin təşkili üzrə bacarıqların təkmilləşdirilməsi, eləcə də beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi və regionda sülhün qorunması üçün strateji əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb.

Baş Qərargah rəisi birgə təlimdə təmsil olunan ölkələrin nümayəndələrinə hədiyyələr təqdim edib.

Sonda iştirakçılar üçün təntənəli konsert proqramı təqdim olunub.

Qeyd edək ki, "Sonsuz qardaşlıq - IV" təlimində Belarus, İtaliya və Macarıstan respublikalarının nümayəndə heyəti müşahidəçi qismində iştirak edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930