azturkxeber.az
http://azturkxeber.az

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti Qlobal Yaşıl Kənd Təsərrüfatı Forumunda iştirak edib

15-09-2025

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin 9-11 sentyabr tarixində Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən Qlobal Yaşıl Kənd Təsərrüfatı Forumu və Avropa və Mərkəzi Asiya üzrə İkinci Regional Elm və İnnovasiya Həftəsində iştirak edib. Aqrar Tədqiqatlar Mərkəzinin rəhbəri Rəşad Hüseynov da nümayəndə heyətinin tərkibinə daxil olmuşdur.

Azad Cəfərli Forumda “Azərbaycanın yaşıl kənd təsərrüfatı siyasəti” mövzusunda təqdimatla çıxış edib. O, Azərbaycanda yaşıl kənd təsərrüfatına keçidlə bağlı görülən işlər barədə məlumat verib. Bildirib ki, son illərdə Azərbaycan iqlimə davamlı kənd təsərrüfatına investisiyaları əhəmiyyətli dərəcədə artırıb. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur “yaşıl zona” kimi inkişaf etdirilir. Bu ərazilərdə kənd təsərrüfatının inkişafı bərpa olunan enerji, ağıllı suvarma texnologiyaları, müasir logistika infrastrukturu və s. əsasında aparılır.

Natiq Azərbaycanda “ağılı kənd” konsepsiyasının geniş tətbiq olunduğunu da diqqətə çatdıraraq Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən pilot layihənin bu baxımdan müasir kənd təsərrüfatı texnologiyaları, bərpa olunan enerji mənbələri, innovativ sosial xidmətlərin inteqrasiyasını nümayiş etdirdiyini qeyd edib.

Azərbaycanda son illərdə iqlim əsaslı kənd təsərrüfatının prioritet kimi müəyyən edildiyini bildirən Azərbaycan rəsmisi ölkədə ekoloji kənd təsərrüfatının inkişafı, suya və enerjiyə qənaət edən texnologiyaların tətbiqi, torpağın mühafizəsi və təkmilləşdirilməsi, iqlim dəyişikliyinin təsirlərinin və istixana qazları emissiyasının azaldılması sahəsində görülən işləri də diqqətə çatdırıb, bu sahədə dövlət dəstəyi tədbirləri barədə məlumat verib. Qeyd edib ki, ölkədə üzvi əkinçiliyin, kimyəvi gübrə və pestisidlərdən istifadənin azaldılmasının təşviqi üçün xüsusi subsidiyalar və sertifikatlaşdırma sxemləri tətbiq edilir, müasir suvarma sistemlərindən istifadə edən fermerlərə dövlət dəstəyi göstərilir.

Aparat rəhbəri ötən il Bakıda keçirilən COP29 tədbirinə də diqqət çəkərək Azərbaycanın istixana qazları emissiyasının azaldılması üzrə yeni öhdəlik götürdüyünü xatırladıb. Bildirib ki, Kənd təsərrüfatından gələn emissiyalar Azərbaycanın ümumi istixana qazları emissiyalarının təxminən 20%-ni təşkil edir və Kənd Təsərrüfatı Nazirliyi bərpa olunan enerji mənbələrinin tətbiqi və iqlim baxımından ağıllı təcrübələr vasitəsilə bu payı 2030-cu ilə qədər əhəmiyyətli dərəcədə azaltmağı öhdəsinə götürüb.

Tədbirlər çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirilib, ekspert və mütəxəssislərlə fikir mübadilələri aparılıb, təcrübələr bölüşülüb.

Macarıstan Kənd Təsərrüfatının İqtisadiyyatı Tədqiqat İnstitutunun (AKI) idarəedici direktoru Dr. Pál Qoda ilə Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov arasında keçirilən görüşdə isə əlaqələrin daha da təkmilləşdirilməsi və təcrübələrin daimi əsasda mübadilə edilməsi barədə razılığa gəlinib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930