Donald Tramp: Putin və Zelenski ABŞ-ın iştirakı olmadan danışa bilmirlər
ABŞ Prezidenti Donald Trampın fikrincə, Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya lideri Vladimir Putin arasında danışıqlar ABŞ-ın iştirakı olmadan mümkünsüzdür.
Donald Tramp bu barədə Ağ evdə jurnalistlərlə görüşündə deyib.
“Ukrayna və Rusiya liderləri bir-birinə o qədər nifrət edirlər ki, Vaşinqtonun vasitəçiliyi olmadan danışa bilmirlər”, – deyə Birləşmiş Ştatların dövlət başçısı bildirib.
O, həmçinin ABŞ-ın iştirakı ilə üçtərəfli görüşün yaxın zamanda baş tutacağını istisna etməyib.
“Biz bu məsələni bir şəkildə həll edəcəyik, özü də nisbətən yaxın zamanda”, – deyə Ağ evin rəhbəri vurğulayıb.