azturkxeber.az
http://azturkxeber.az

“Şamaxı” yüksək dəstədə 56-cı böyükhesablı qələbəsini qazanıb

15-09-2025

“Şamaxı” yüksək dəstədə 56-cı böyükhesablı qələbəsini qazanıb

“Şamaxı” Azərbaycan çempionatlarının yüksək dəstəsində 56-cı böyükhesablı qələbəsini qazanıb.

Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Misli Premyer Liqasının IV turunda “Karvan-Yevlax”a 3:0 hesabı ilə qalib gəlib. Bu, klub tarixinə indiki ad altında Premyer Liqadakı ilk böyükhesablı qələbə kimi düşüb. Komanda sonuncu dəfə “Keşlə” adlandığı vaxt üç və ya daha çox top fərqinə sevinib. 2022-ci il martın 12-də səfərdə “Səbail”ə 3 cavabsız qol vuran komanda təxminən bir ay sonra Şamaxıya köçüb.

Qeyd edək ki, klub əvvəllər “Xəzər Universiteti” və “İnter” adlarını da daşıyıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930