azturkxeber.az
http://azturkxeber.az

Leninqradda vaqonlar relsdən çıxıb, müstəntiqlər təxribat versiyasını yoxlayırlar

14-09-2025

Leninqradda vaqonlar relsdən çıxıb, müstəntiqlər təxribat versiyasını yoxlayırlar

Leninqrad vilayətinin Stroqanovo-Mşinskaya bölgəsində üç boş yük qatarı vaqonu relsdən çıxıb.

Hadisə nəticəsində şəhərətrafı 7 qatarın hərəkəti müvəqqəti olaraq dayandırılıb, eləcə də iki “Lastoçka” qatarının (Pskov-Sankt-Peterburq və Sankt-Peterburq-Peçorı) hərəkət istiqaməti dəyişdirilib, bununla əlaqədar olaraq onlar iki saat gecikir.

Regionun qubernatoru Aleksandr Drozdenko bildirib ki, hadisə ilə əlaqədar müstəntiqlər təxribat versiyasını yoxlayırlar.

“Bundan əlavə, Leninqrad vilayətinin Qatçina dairəsindəki Semrino stansiyası yaxınlığında teplovoz relsdən çıxıb, sürücü həlak olub”, - deyə qubernator qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930