azturkxeber.az
http://azturkxeber.az

Əsgərə qayğı - Vətənə sevgidir

13-09-2025

Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub.

Hərbi hissələrdə effektiv profilaktik tədbirlərin görülməsi sayəsində şəxsi heyət arasında respirator xəstəliklərə, o cümlədən qrip infeksiyasına yoluxma hallarının qarşısı alınır.

Gənc əsgərlərin valideynlərindən, eləcə də bütün vətəndaşlardan hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi bir daha xahiş edirik.

Qeyd olunan məhdudiyyət götürüldükdən sonra ictimaiyyətə əlavə məlumat veriləcəkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930