Qazaxıstan irimiqyaslı hərbi təlimlərə hazırlaşır
Qazaxıstan Silahlı Qüvvələrinin quru qoşunlarının döyüş hazırlığı proqramı çərçivəsində “Qərb” və “Şərq” regional komandanlıqlarının qoşunlarının iştirakı ilə Manqistau vilayətində “Aybalta-2025” ikitərəfli əməliyyat-taktiki komanda-qərargah təlimi keçiriləcək.
Təlimlərdə bir sıra vilayətlərin ərazisi üzrə qüvvə və vasitələrin hərəkəti nəzərdə tutulur.
Bölmələr (şəxsi heyət və hərbi texnika) kombinə edilmiş qaydada - dəmir yolu və avtomobil nəqliyyatı ilə hərəkət edəcək, bundan sonra daimi dislokasiya məntəqələrinə qayıdacaq.