azturkxeber.az
http://azturkxeber.az

Nəsimi rayonunda polis daha üç kuryeri 17 kq narkotiklə saxladı

13-09-2025

Nəsimi Rayon Polis İdarəsinin 20 və 22-ci Polis Şöbələrinin əməkdaşları tərəfindən narkotik vasitələri ölkə ərazisinə gətirərək satışı və qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib. Növbəti tədbirlərlə 23 yaşlı Əmrah Hüseynov, 27 yaşlı Kənan Məmmədov və tanışı 48 yaşlı İdris Məlikov saxlanılıblar. Onlardan ümumilikdə 17 kiloqrama yaxın marixuana, heroin, tiryək və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Saxlanılanlar narkotik vasitələri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşlarından əldə etdiklərini və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını etiraf ediblər.

Faktlarla bağlı araşdırmalar aparılır.

Polis əməkdaşlarının bütün ölkəboyu narkotiklərlə əlaqəli şəxslərin ifşa edilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində mübarizə tədbirləri fasiləsiz davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930