azturkxeber.az
http://azturkxeber.az

İtaliya xəstəxanaları dünyanın ən yaxşıları sırasında yer alıb

13-09-2025

İtaliya xəstəxanaları dünyanın ən yaxşıları sırasında yer alıb

İtaliyada fəaliyyət göstərən xəstəxanalar “Newsweek” jurnalının tərtib etdiyi “Dünyanın ən yaxşı ixtisaslaşdırılmış xəstəxanaları 2026” reytinqində ilk yerlərdə qərarlaşıb.

Paytaxt Romadakı “Bambino Gesu” pediatrik xəstəxanası pediatriya üzrə dünyada üçüncü, “Gemelli” xəstəxanası isə ginekologiya üzrə üçüncü sırada yer alıb.

İtaliyanın Baş naziri Ciorcia Meloni bildirib ki, beynəlxalq miqyasda ən yaxşı ixtisaslaşmış xəstəxanalar arasında İtaliyadan 41 səhiyyə müəssisəsi yer alıb. Bu, ölkə səhiyyəsinin keyfiyyətini təsdiq edən xəbərdir. Dünyanın ən yaxşı 50 xəstəxanası arasında İtaliyadan 4 uşaq xəstəxanasının yer alması isə tibbi, klinik və elmi peşəkarlığı unikal empatiya və dərin insan əlaqəsi ilə birləşdirən terminin tam mənada qayğı modelini nümayiş etdirir”, - deyə Baş nazir vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930