AzTV-nin nümayəndə heyəti Portuqaliyanın “TVI” telekanalında olub
AzTV-nin nümayəndə heyəti Portuqaliyanın “TVI” telekanalında olub. Görüş zamanı heyət telekanalın serial istehsalı prosesi, studiyaları və texniki imkanları ilə yaxından tanış olub.
1992-ci ildən film və serial istehsalı sahəsində fəaliyyət göstərən və “TVI” telekanalının tərkibinə daxil olan “Plural Entertainment” studiyasında nümayəndələrə bir serialın çəkilişi üçün nəzərdə tutulan iri həcmli çəkiliş meydançaları, istifadə edilən müasir texniki avadanlıqlar, xüsusi qrafika və dizayn texnologiyaları təqdim edilib.
Görüş çərçivəsində “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov AzTV-nin serial və film istehsalı sahəsində aktiv fəaliyyət göstərdiyini və bu istiqamətdə yeniliklərin tətbiq olunacağını vurğulayıb.