Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi üzrə növbəti pitçinq keçirilib
Sentyabrın 12-də Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən təşkil edilən 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi”nin pitçinq mərhələsinin ikinci sessiyası keçirilib.
Tədbir çərçivəsində
“İlbiz” (istehsalçı: "Cinema Art" MMC), “Yun çubuğu” ("CN-Media" MMC),
“İşıq” ("Kinobiz" MMC), “Rüzgarın melodiyası”, “Zamanın səssizliyi” (hər ikisi "Navis" MMC), “Həyatdan kənar” ("OD Media Production" MMC), “Ağacdələn” ("Karvan Production" MMC),
“Divarın o üzü” ("And Production" MMC) - ümumilikdə 8 qısametrajlı bədii film layihəsi Ekspert şurası və Seçim komissiyasına təqdim edilib.
Müsabiqənin yekun nəticələri barədə yaxın zamanda ictimaiyyətə
məlumat veriləcək.