Pekin rəhbərliyinin son illərdə hərbi modernizasiyaya milyardlarla dollar vəsait xərcləməsi və bunun ancaq sülh naminə olduğunu bildirməsinə baxmayaraq, Şərqi Asiyadakı bir sıra dövlətlər narahat vəziyyətdədir.
Çin Hərbi Dəniz Qüvvələri bu gün açıqlayıb ki, ölkənin üçüncü və ən yeni təyyarədaşıyan gəmisi “Fujian” Tayvan boğazından keçərək Cənubi Çin dənizində elmi-tədqiqat sınaqları və təlim missiyaları həyata keçirib.
Donanma rəhbərliyinin verdiyi açıqlamada bildirilib ki, bölgələrarası sınaqlar təyyarədaşıyanın inşa prosesinin normal bir hissəsidir. Çin Hərbi Dəniz Qüvvələrinin sözçüsü Lenq Quovey isə bunun heç bir xüsusi hədəf tərkibli olmadığını açıqlayıb.
Bununla belə, Sinqapurda yerləşən Beynəlxalq Araşdırmalar mərkəzinin baş tədqiqatçısı Kollin Koh hesab edir ki, “Fujian” gəmisinin Tayvan boğazından keçməsi Çinin dünya okeanlarında böyük bir qüvvə kimi yüksəlişini nümayiş etdirmək məqsədi daşıyır. Onun sözlərinə görə, bu addım Çinin yeni hərbi gücünü nümayiş etdirmək və potensial rəqiblərə açıq mesaj göndərmək üçün atılıb.
Qeyd edək ki, hazırda Çinin xidmətdə olan “Liaonin” və “Shandun” adlı iki təyyarədaşıyanı var, “Fujian” isə hələ də dəniz sınaqlarındadır.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
2024-cü ilin 9 ayında Saatlının istehsal və xidmət sahələri üzrə əsas göstəriciləri
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”