azturkxeber.az
http://azturkxeber.az

Turqund-Herat dəmir yolu Əfqanıstana Orta Dəhlizlə ticarət əlaqələrini genişləndirmək imkanı verəcək

11-09-2025

Turqund-Herat dəmir yolu Əfqanıstana Orta Dəhlizlə ticarət əlaqələrini genişləndirmək imkanı verəcək

Növbəti 2 il ərzində Qazaxıstan hökuməti Turqund-Herat dəmir yolu xəttini istismara verəcək. 2026-2027-ci illər ərzində çəkiləcək dəmir yolunun uzunluğu 120 kilometr olacaq.

Bu fikri Qazaxıstanın nəqliyyat nazirinin müavini Maksat Kaliakparov hökumətin iclasında deyib.

Onun sözlərinə görə, hazırda bəzi investisiya təşkilatları ilə layihənin maliyyələşdirilməsi istiqamətində danışıqlar aparılır. Nazir müavini əlavə edib ki, çəkiləcək dəmir yolu ilə Qazaxıstan Hindistan və Pakistan bazarlarına çıxış əldə edəcək. Əfqanıstanın isə Orta Dəhliz vasitəsilə ticarət əlaqələrini genişləndirmək imkanı əldə edəcək.

Qeyd olunan dəmir yolu vasitəsilə Qazaxıstan tranzit funksiyasını da yerinə yetirəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930