azturkxeber.az
http://azturkxeber.az

Texniki Komitənin növbəti iclasında 30 yeni standart layihəsi müzakirə edilib

11-09-2025

Texniki Komitənin növbəti iclasında 30 yeni standart layihəsi müzakirə edilib

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK21) növbəti iclası keçirilib.

Bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib. Bildirilib ki, görüşün əsas mövzusu “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ tərəfindən təqdim edilən 30 yeni standart layihəsi olub. Layihələr müzakirə edilib və onların təsdiqi üçün müvafiq rəy verilib.

Bundan əlavə, görüşdə 2025-ci il üzrə Fəaliyyət Planına uyğun olaraq nəzərdə tutulmuş 111 standartdan artıq qəbul olunmuş 35 standart barədə məlumat təqdim edilib və Komitənin digər fəaliyyət planları çərçivəsində hazırlanması nəzərdə tutulan standartlarla bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində görülən işlər vurğulanıb, əməyin mühafizəsi sahəsində yeni standartların hazırlanması və təsdiqi üzrə tədbirlərin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Ümumilikdə bu günə qədər əməyin mühafizəsi sahəsində 93 standart təsdiqlənib. 2025-ci il üçün nəzərdə tutulan plana əsasən qalan 76 standart isə mərhələli şəkildə hazırlanaraq ilin sonuna kimi qəbul ediləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930