Lənkəran rayonunda qanunsuz silah-sursat aşkarlanması faktı üzrə prosessual araşdırmalara başlanılıb
BİRGƏ ƏMƏLİYYAT!
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində həbs olunmuş şəxs tərəfindən Lənkəran rayonu, Yuxarı Nüvədi qəsəbəsi ərazisində istifadəsiz binanın içərisində basdırılaraq gizlədilmiş 8 ədəd "F-1" əl qumbarası və 8 ədəd partladıcı aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.