azturkxeber.az
http://azturkxeber.az

FHN: Qəbələdə avtomobil ağaca çırpılıb, ölən və yaralanan var

11-09-2025

FHN: Qəbələdə avtomobil ağaca çırpılıb, ölən və yaralanan var

Qəbələdə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Hadisə Zarağan kəndində qeydə alınıb. Bildirilib ki, “Mercedes” markalı minik avtomobilinin yoldan çıxaraq ağaca çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib, sürücü və sərnişin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1989-cu il təvəllüdlü Səmədov Elşən Əli oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Həmçinin, xilasedicilər şəxsiyyəti məlum olmayan sərnişinin meyitini çıxaraq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930