Azərbaycan-Pakistan Birgə Ticarət və Sənaye Palatasının nümayəndələri AZPROMO-da olub
Görüşdə Azərbaycan və Pakistan arasında ticarət və investisiya əməkdaşlığının genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Azərbaycan-Pakistan Birgə Ticarət və Sənaye Palatasının nümayəndə heyəti ilə görüş keçirilib.
Görüş zamanı AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı Agentliyin fəaliyyət istiqamətləri, ölkəmizin biznes və investisiya mühiti və potensialı barədə məlumat verib. Tərəflər arasında ixrac və investisiya imkanlarının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, kosmetika, qida məhsulları, tekstil, tikinti materialları və kənd təsərrüfatı məhsulları üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Görüşdən sonra Palatanın nümayəndə heyəti və Azərbaycan sahibkarları arasında B2B görüşlər keçirilib.