Avropa İttifaqında orta ömür uzunluğu ötən il 81,7 il olub
Avropa İttifaqında orta ömür uzunluğu ötən ilin məlumatlarına əsasən 81,7 il olub. Bu, 2023-cü illə müqayisədə 0,3 il çoxdur.
Bu barədə Avropa İttifaqının (Aİ) Statistika Komitəsinin (Eurostat) uzunömürlülük üzrə məlumatında qeyd edilib.
Orta uzunömürlülük göstəricisi 15 ölkədə Aİ ilə müqayisədə yüksək olub. Ən yüksək ömür uzunluğu İtaliyada, İsveçdə (hər ikisində 84,1 il) və İspaniyada (84 il) müşahidə olunub. Ən aşağı göstəricilər isə Bolqarıstanda (75,9 il), Rumıniyada (76,6 il) və Latviyada (76,7 il) qeydə alınıb.