azturkxeber.az
http://azturkxeber.az

Piyada keçidinə yaxınlaşan sürücü nə etməlidir? - BDYPİ cavablandırır

08-09-2025

Piyada keçidinə yaxınlaşan sürücü nə etməlidir? -  BDYPİ cavablandırır

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hərəkət iştirakçılarının maarifləndirilməsi məqsədilə hazırlanan “1 sual – 1 cavab” rubrikasını davam etdirir. Rubrikanın növbəti buraxılışında yol hərəkəti ilə bağlı ünvanlanan suallardan daha biri cavablandırılıb.

Bu barədə BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, bu dəfə “Piyada keçidinə yaxınlaşan sürücü nə etməlidir?”sualına cavab veriilib. Vurğulanıb ki, “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinə əsasən, sürücü piyada keçidinə yaxınlaşarkən sürət həddini azaltmalı, hərəkətdə olan piyadaya mütləq yol verməlidir.

Qeyd edək ki, rubrikanın məqsədi sürücü və piyadaların yol hərəkəti qaydaları barədə məlumatlılığını artırmaq, gündəlik həyatda təhlükəsiz davranış vərdişlərinin formalaşmasına dəstək verməkdir.

BDYPİ bir daha bütün hərəkət iştirakçılarını qaydalara əməl etməyə və yollarda təhlükəsizliyin təmin olunmasına töhfə verməyə çağırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930