azturkxeber.az
http://azturkxeber.az

AFFA-nın baş katibi: Futbolçular bu nəticəyə layiq deyillər

06-09-2025

AFFA-nın baş katibi: Futbolçular bu nəticəyə layiq deyillər

Futbolçular bu nəticəyə və idarəçiliyə layiq deyillər.

Bu sözləri AFFA-nın baş katibi Cahangir Fərəcullayev Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində Reykyavikdə İslandiya yığmasına 0:5 hesabı məğlub olduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, komandanın müdafiədə oynamasının düzgün olmadığını bildirib: “İslandiya yığmasına hörmətlə yanaşırıq. İlk dəqiqələrdən müdafiədə 6-7 futbolçu ilə oynamamalıydıq”.

“Futbolçuların günahı yoxdur. Fernandu Santuş ev tapşırığını düzgün yerinə yetirmədi. Sistem başdan səhv idi. O, bunun məsuliyyətini anlamalıdır. Onun Azərbaycan xalqına, futboluna yanaşması düzgün deyil. İndi onun matçdan sonrakı açıqlaması maraqlıdır. Biz ondan düzgün fikirlərini gözləyirik. İstefa verməsə, lazımi tədbirləri görəcəyik”, - deyə AFFA-nın baş katibi qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930